SON XƏBƏRLƏR

ABŞ-İran arasında birbaşa əlaqə bərpa olunub? - Media

2026.03.17, 09:09
ABŞ-İran arasında birbaşa əlaqə bərpa olunub? - Media

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçı arasında birbaşa əlaqə kanalı yenidən bərpa olunub.

Gunaz.tv

Bu barədə “Axios” Amerika rəsmisinə və məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Əraqçı Uitkoffa müharibənin dayandırılması ilə bağlı mesajlar göndərib. Amerika rəsmisinin sözlərinə görə, buna baxmayaraq ABŞ İranla rəsmi danışıqlar aparmır.

Mənbənin məlumatına görə, Əraqçı ehtimal ki, öz addımlarını İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə koordinasiya edir.

Həmçinin amerikalı rəsmi nəşrə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaya açıqdır. Bu razılaşma Tehrana “dünya ilə inteqrasiya etməyə və öz neftindən pul qazanmağa” imkan verə bilər.

“Prezident hər zaman razılaşmaya açıqdır. Ancaq o, zəif mövqedən danışıqlar aparmır və bu münaqişənin başlamasına səbəb olan məsələlərdən geri çəkilmir”, - rəsmi şəxs qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar