SON XƏBƏRLƏR

KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır

2026.03.17, 11:09
KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır

Körfəz ərəb ölkələri ABŞ-dan İranla müharibəyə başlamasını istəməsə də, hazırda Vaşinqtonu əməliyyatları yarımçıq saxlamamağa çağırır.

Gunaz.tv

Bu barədə Körfəz ölkələrindəki üç mənbə "Reuters" agentliyinə bildirib.

Məlumata görə, bölgə ölkələri İranın Körfəz neft yollarına və bu resurslardan asılı iqtisadiyyatlara təhdid yarada biləcək imkanlarının qalmasını istəmir.

Eyni zamanda, həmin mənbələr, beş Qərb və ərəb diplomatı qeyd edib ki, ABŞ Körfəz ölkələrinə ABŞ-İsrail hərbi kampaniyasına qoşulmaq üçün təzyiq göstərir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu kampaniyaya regional dəstək nümayiş etdirməklə onun beynəlxalq legitimliyini və ölkə daxilində dəstəyi gücləndirməyə çalışır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar