SON XƏBƏRLƏR

Tramp axmaqdır! - Radan ABŞ Prezidentini təhqir etdi

2026.03.18, 15:03
Tramp axmaqdır! - Radan ABŞ Prezidentini təhqir etdi

İranın polis qüvvələrinin komandiri Əhmədrza Radan hökumət tərəfdarları qarşısında çıxışında Donald Trampın açıqlamalarına görə onu təhqir edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Radan, çıxışının bir hissəsində Trampı "axmaq" adlandırıb və onu dəvəyə bənzədərək ABŞ prezidentinin son mövqelərini tənqid edib.

O, bu təhqirləri Trampın İranı dezinformasiya yaymaqda və süni intellektdən istifadə edərək uydurma görüntülər yaratmaqda günahlandırmasına cavab olaraq səsləndirib.

Qeyd edək ki, Donald Tramp bir neçə gün əvvəl bildirmişdi ki, İran hərbi zəifliyinə baxmayaraq, media müharibəsində fəaldır və saxta materiallar vasitəsilə özünü güclü göstərir.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar