SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim aclıq aksiyası keçirir

2026.03.19, 16:03
Azərbaycanlı müəllim aclıq aksiyası keçirir

Gunaz.tv

Kərəc şəhərinin həbsxanasında saxlanılan azərbaycanlı müəllim Məsud Fərhihxtə aclıq aksiyasına başlayıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, məhbusların, xüsusən siyasi məhbusların hüquqlarınn pozulmasına görə aclq aksiyasına əl atıb.

Qeyd olunub ki, Məsud Fərhihxtə bu vasitə ilə həm də insan haqları təşkilatlarının siyasi məhbusların edan riskinə diqqət çəkmək məqsədi daşıyır.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə, ötən ilin avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar