SON XƏBƏRLƏR

48 Saatda Hədəf: Netanyahu İranın Hərbi Potensialını Kəsəcək

2026.03.26, 01:49
48 Saatda Hədəf: Netanyahu İranın Hərbi Potensialını Kəsəcək

Netanyahu İranın silah sənayelərinə qarşı maksimal məhvetmə əmri verdi.

Gunaz.tv

“New York Times”ın məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu hərbi qüvvələrə 48 saat ərzində İranın əsas silah istehsalı müəssisələrini və hərbi infrastrukturunu mümkün qədər məhv etmək üçün bütün səylərini göstərmək əmri verib.

Qəzetin İsraildəki iki yüksək səviyyəli rəsmiyə və iki məxfi təhlükəsizlik mənbəsinə istinadən verdiyi məlumata görə, Netanyahu bu əmri ABŞ-ın müharibəni sona çatdırmaq üçün hazırladığı 15 maddəlik planın surətini aldıqdan sonra verib. İsrail, Vaşinqton və Tehran arasında baş verə biləcək danışıqların İranın raket və nüvə proqramına son zərbə vurmaq imkanını məhdudlaşdıracağından narahatdır.

“Baş nazir Netanyahu günün sonunda 48 saat ərzində İranın silah sənayesini maksimum dərəcədə məhv etmək üçün bütün səylərin göstərilməsini əmr etdi,” – New York Times yazıb.

Bu addım, İsrailin “müharibənin tezliklə dayandırıla biləcəyi” narahatlığını əks etdirir və mümkün atəşkəsdən əvvəl maksimum sayda əsas hədəfə zərbə endirmək strategiyasının tərkib hissəsidir.

Hazırda İsrailin İran ərazisində hədəfli hücumları, əvvəlki dövrlə müqayisədə bir neçə dəfə artırılıb.

 

GünAzTV
R,G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar