SON XƏBƏRLƏR

İranlılar danışıq apardıqlarını deməyə qorxurlar- Tramp

2026.03.26, 10:23
İranlılar danışıq apardıqlarını deməyə qorxurlar- Tramp

ABŞ prezidenti Donald Tramp martın 25-də Tehranın sülh danışıqlarında iştirak etdiyini bildirib. O, İran təmsilçilərinin "öz adamları" tərəfindən öldürülməkdən qorxduqlarını söyləyib. Tehran isə danışıq apardığını rəsmən təkzib edir.

Gunaz.tv

"Onlar danışıq aparırlar, razılaşma əldə etməyi çox istəyirlər. Amma bunu deməyə qorxurlar, çünki öz adamlarının onları öldürəcəyini düşünürlər", – Tramp Konqresin respublikaçı üzvləri ilə şam yeməyində deyib.

"Onlar həmçinin bizim onları öldürəcəyimizdən qorxurlar", – prezident vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi daha öncə deyib ki, "danışıq aparmaq niyyətləri yoxdur", amma Tehranın Pakistanın ötürdüyü ABŞ təklifini nəzərdən keçirdiyini etiraf edib.

Tramp isə bir daha artıq bir aya yaxındır gedən müharibədə ABŞ və İsrail qüvvələrinin İranı məhv etdiyini bildirib. Ağ evin bildirdiyinə görə, Tehran məğlubiyyətini boynuna almasa, Vaşinqtonun sülh təklifinin şərtlərini qəbul etməsə, Tramp "cəhənnəmi başlatmağa hazırdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar