SON XƏBƏRLƏR

Tehran körfəz ölkələrini yenidən təhdid etdi

2026.03.27, 09:19
Tehran körfəz ölkələrini yenidən təhdid etdi

İran hakimiyyəti Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi istənilən oteli hücum etməklə hədələyir.

Gunaz.tv

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran hərbi komandanlığındakı mənbələr xəbərdarlığın əsasən Bəhreyn və BƏƏ-yə ünvanlandığını bildiriblər. Belə ki, bu ölkələrdəki otel sahibləri Tehrandan bir mesaj alıblar. Mesajda ABŞ hərbi qulluqçularının hoteldə qalmasına icazə verilməməsi tövsiyə edilib.

Ancaq agentlik qeyd edir ki, bu iş yalnız Körfəz ölkələri ilə məhdudlaşmır.

Mənbələrin verdiyi məlumata görə, ABŞ əsgərləri Beyrut və Dəməşqdəki otellərdə qalır və Cibuti hava limanı yaxınlığındakı hərbi bazada yerləşdirilib.

Nəşr əlavə edib ki, ABŞ qoşunları tezliklə ərazidən çıxarılmasa, İran bu şəhərlərdəki bütün hotelləri və digər obyektləri hərbi hədəf hesab edəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar