SON XƏBƏRLƏR

Sənəndəcdə sərhəd komandirləri vuruldu

2026.03.27, 12:29
Sənəndəcdə sərhəd komandirləri vuruldu

İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində sərhəd mühafizəsi komandirlərinin iclası hədəfə alınıb.

Gunaz.tv

Bu barədə Teleqram kanalları məlumat yayıb.

Yerli mənbələrin məlumatına görə, sərhəd mühafizəsi komandirlərinin görüşü yüksək rütbəli zabitin şəxsi iqamətgahında keçirilirdi.

Həmin iqamətgahın raket zərbəsi ilə vurulduğu bildirilib.

Qeyd edək ki, komandirlər arasında itkilər hələ rəsmi olaraq təsdiqlənməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar