SON XƏBƏRLƏR

İranda təhsil işçilərinin evilərində axtarış aparılıb

2026.03.27, 13:36
İranda təhsil işçilərinin evilərində axtarış aparılıb

İran təhlükəsizlik və kəşfiyyat məmurları 5 müəllim və ictimai fəalın evinə hücum edib.

Gunaz.tv

Bu barədə Təhsil İşçilərinin Kordinasiya Şurası məlumat yayıb.

Məlumata görə, Tehran, Əliqudərz və Kirmanşahda Müctəba Qudərzi, Mənuçöhr Aqabeygi, Məhəmməd Həbibi, Pərvin Səlimi və Məsud Zeynalzadənin mənzillərində axtarış aparılıb.

Məhkəmə hökmü olmadan aparılan axtarış zamanı adı çəkilən şəxləri və onların ailə üzvlərinin telefon və komputerləri müsadirə edilib.

Axtarış səbəbləri barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar