SON XƏBƏRLƏR

İsrailin 50-dən çox qırıcısı İrana hücum edib

2026.03.28, 12:56
İsrailin 50-dən çox qırıcısı İrana hücum edib

İsrail qırıcıları İranın üç bölgəsində 50-dən çox təyyarə nüvə obyektlərini və silah istehsal edən yerləri hədəfə alıb.

Gunaz.tv

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Məlumata görə, İsrail ordusu İranın üç bölgəsində İslam Respublikasının nüvə silahı proqramı ilə əlaqəli fabriklərə və silah istehsalı yerlərinə hücum etmək üçün 50-dən çox təyyarədən istifadə etdiyini açıqlayıb. 

İsrail bu hədəflərin eyni vaxtda vurulduğunu bildirib.

Həmçinin bu əməliyyatda Ərak ağır su zavodunun da hədəfə alındığı qeyd olunub. 

İsrailin məlumatına görə, bu obyekt nüvə silahlarında istifadə edilən plutonium istehsalı üçün əsas infrastrukturlardan biri olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar