SON XƏBƏRLƏR

Pakistan ABŞ-İran danışıqlarına ev sahibliyi edəcək

2026.03.28, 14:00
Pakistan ABŞ-İran danışıqlarına ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin xarici işlər nazirləri ABŞ ilə İslam Respublikası arasındakı müharibəyə son qoymaq və regional gərginliyi azaltmaq məqsədi ilə İslamabadda keçiriləcək görüşdə iştirak edəcəklər.

Gunaz.tv

Bubu Pakistan xarici işlər naziri İshaq Dar bildirib.

Onun sözlərinə görə, şahzadə Feysəl bin Fərhan, Hakan Fidan və Bədr Əbdül Ati martın 29-da iki günlük səfərlə Pakistana gələcəklər və regionda gərginliyin azaldılması səyləri də daxil olmaqla bir sıra məsələlər üzrə intensiv danışıqlar aparacaqlar.

Associated Press-in məlumatına görə, xarici işlər nazirləri səfər zamanı Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüşəcəklər. 

O, televiziya çıxışında İslamabadın münaqişənin vasitəçilik yolu ilə dayandırılmasına kömək etmək üçün "səmimi və güclü diplomatik səylər" göstərdiyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar