SON XƏBƏRLƏR

Zelenski: Rusiya ABŞ bazalarının peyk görüntülərini İrana verir

2026.03.29, 15:43
Zelenski: Rusiya ABŞ bazalarının peyk görüntülərini İrana verir

Gunaz.tv

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü bildirib ki, əldə etdiyi məlumatlara görə Rusiya Yaxın Şərqdə ABŞ və Böyük Britaniyaya məxsus hərbi bazaların peyk görüntülərini İrana ötürür.

Zelenski “X” sosial şəbəkəsində yazıb: “Onlar 24 mart tarixində Hind okeanındakı Çağos arxipelaqında yerləşən ‘Dieqo Qarsiya’dakı ABŞ-Böyük Britaniya birgə hərbi obyektlərinin görüntülərini əldə ediblər. Həmçinin ‘Küveyt Beynəlxalq Hava Limanı’ və ‘Burgan’ neft yatağının bəzi infrastruktur hissələri də çəkilib. 25 martda Səudiyyə Ərəbistanındakı ‘Şahzadə Sultan’ hava bazası, 26 martda isə Səudiyyədə ‘Şeybə’ neft-qaz yatağı, Türkiyədə ‘İncirlik’ hava bazası və Qətərdə ‘Əl-Udeyd’ hava bazası görüntülənib.”

Zelenski ABŞ-ın Rusiyaya qarşı bəzi neft sanksiyalarını müvəqqəti ləğv etməsinə də toxunaraq bildirib: “Hər gün gəlir əldə edən və ABŞ, Yaxın Şərq və Britaniya bazalarına qarşı hücumlar üçün məlumat təmin edən bir təcavüzkara sanksiyalar götürüləndə, kim kimə kömək edir?”

O əlavə edib: “Təcavüzkar təzyiq altında saxlanılmalıdır və sanksiyaların ləğvi qətiyyən təzyiq deyil. Bu vəziyyət olduqca qəribə görünür.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar