SON XƏBƏRLƏR

Xaricdə yaşayan 20 iranlının əmlakı müsadirə olundu

2026.03.30, 10:13
Xaricdə yaşayan 20 iranlının əmlakı müsadirə olundu

Müharibə ilə əlaqədar xarici ölkələrdə yaşayan 20 mühacirin İranda olan əmlakı müsadirə edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin "Mizan" saytı məlumat yayıb.

Müsadirə qərarının Məhkəmə Sisteminin başçısı Qulamhüsey Möhsüni Ejei tərəfindən verildiyi bildirilib.

Onlar "xarici şəbəkələr və casusluq xidmətləri ilə əməkdaşlıq"da günahlandırılıblar.

Ejei həmçinin bir sıra vətəndaşların "casusluq xidmətləri ilə əlaqəli şəbəkələr və istifadəçi hesabları ilə əməkdaşlıq" ittihamına görə həbs olunduğunu açıqlayıb və ittihamların ən ağır cəza tələbi əsasında verildiyini söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar