SON XƏBƏRLƏR

Küveyt İranı həyati infrastruktur obyektinə hücumda ittiham etdi

2026.03.30, 21:21
Küveyt İranı həyati infrastruktur obyektinə hücumda ittiham etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Küveyt hökuməti İran rejimini su duzsuzlaşdırma zavodu və elektrik stansiyasına hücumda ittiham edib və bu obyektlərə ciddi ziyan dəydiyini, bir hindistanlı işçinin öldüyünü açıqlayıb.

Küveytin Elektrik Nazirliyi yaydığı bəyanatda bildirib ki, bu hücum ölkənin həyati infrastrukturuna ciddi zərər vurub.

Eyni zamanda Küveyt ordusu son 24 saat ərzində 13 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

Buna qarşılıq olaraq İran rejimi hücumda iştirakını inkar edib, mülki obyektlərə hücumu “qeyri-etik” adlandırıb və məsuliyyəti İsrailin üzərinə atıb.

İranın dövlət televiziyası da yaydığı bəyanatda bu hadisənin məqsədinin “İranı ittiham etmək” olduğunu iddia edib.

Hadisəyə reaksiya olaraq Səudiyyə Ərəbistanı, Qətər və Oman hücumu pisləyib, Riyad və Doha isə İran rejimini məsul tərəf kimi göstərib.

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar