SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşklatı xəbərdarlıq etdi - 7 siyasi məhbus edam edləcək

2026.04.02, 09:46
Beynəlxalq Əfv Təşklatı xəbərdarlıq etdi - 7 siyasi məhbus edam edləcək

Son günlər İranda 4 siyasi məhbus edam edilib və daha 7 siyasi məhbusun edam ediləcəyi gözlənilir.

Gunaz.tv

Bu barədə Beynəlxalq Əfv Təşklatı bildirib.

Təşkilat, yaydığı bəyanatda Vəhid Bəni-Amariyan, Əbülhəsən Müntəzir, Məhəmməd Əmin Bigleri, Əli Fəhim, Əbülfəzl Salehi Siavoşani, Əmir-Hüseyn Hatəmi və Şahin Vahidipərəst Kolonun hər an asıla biləcəkləri barədə xəbərdarlıq edib.

"İnsanlar müharibə və bombardmandan əziyyət çəkdikləri birhalda, edamların davam etdirilməsi ölüm hökmünün hələ də müxaliflərlə mübarizə aparmaq üçün bir vasitə kimi istifadə edildiyini göstərir",- bəyanatda vurğulanıb.

Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda saxlanılanların həbs müddətində işgəncəyə və pis rəftara məruz qaldığını bildirib. 

Saxlanılanların məhkəmələrinin işgəncə altında alınan etiraflara əsaslandığını və qısa müddətdə başa çatdığını bildirən beynəlxalq təşkilat, İran məhkəmələrini olduqca ədalətsiz adlandırıb.

Qeyd edək ki, ötən gün siyasi məhbuslar Babək Əlipur, Puya Qubadi, Əkbər (Şahrox) Daneşvərkar və Məhəmməd Təqəvi Səngdehi edam olunublar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar