SON XƏBƏRLƏR

Tehran–Kərəc körpüsü və İranın polad sənayesi hədəfə alındı (FOTO)

2026.04.02, 17:51
Tehran–Kərəc körpüsü və İranın polad sənayesi hədəfə alındı (FOTO)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin hava hücumları İranın infrastrukturuna qarşı davam edir və nəqliyyatla sənaye sahəsində mühüm obyektlər hədəfə alınır.

İran daxilindəki mənbələr bildirir ki, bu gün Tehranı Kərəcə birləşdirən əsas magistral körpü hava hücumu zamanı vurulub və hərəkət tamamilə dayandırılıb. Bu yol paytaxt ətrafında ən vacib nəqliyyat xətlərindən biri hesab olunur.

Həmçinin, İranda iki böyük polad zavodu hava hücumlarından sonra tamamilə sıradan çıxıb və fəaliyyətini dayandırıb. Bu müəssisələrin adları hələ açıqlanmayıb, lakin onların dayanması polad sənayesinə ciddi zərbə vura bilər.

Eyni zamanda, Sepah bildirib ki, cavab addımı olaraq Ərəb körfəzi bölgəsində ABŞ-la əlaqəli olduğu iddia edilən polad və alüminium obyektlərini hədəfə alıb və bu əməliyyatı “ABŞ və İsrailə xəbərdarlıq mesajı” kimi qiymətləndirib.

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar