SON XƏBƏRLƏR

Qlobal şok: Neft 110 dollardan yuxarı qalxdı

2026.04.02, 23:31
Qlobal şok: Neft 110 dollardan yuxarı qalxdı

İrana qarşı hücumlar davam edəcək!

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Donald Trampın İrana qarşı təhdidlərindən sonra qlobal neft bazarında qiymətlər kəskin şəkildə artıb.

“Reuters” agentliyinin xəbərinə əsasən, ABŞ-ın “West Texas Intermediate” nefti cümə axşamı, 2 Aprel tarixində keçirilən dəyişkən ticarətdə 11 faizdən çox bahalaşıb, Brent neftinin qiyməti isə təxminən 7 faiz artıb.

Bu artım Donald Trampın ABŞ-ın İrana qarşı hücumları davam etdirəcəyini bəyan etməsindən sonra baş verib.

Məlumata görə, Brent neftinin fyuçersləri Qrinviç vaxtı ilə saat 16:00-a qədər 6,3 faiz artaraq bir barel üçün 107 dollar 50 sentə çatıb.

Eyni zamanda, ABŞ-ın “West Texas Intermediate” neftinin fyuçersləri 11 faiz artaraq bir barel üçün 111 dollar 27 sent olub. Bu növ neft ticarət zamanı qısa müddətdə 114 dollar səviyyəsinə qədər yüksəlib ki, bu da 2020-ci ildən bəri ən böyük qiymət sıçrayışı hesab olunur.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar