SON XƏBƏRLƏR

Oman və İran Hörmüz boğazında keçid məsələsini müzakirə edib

2026.04.05, 17:34
Oman və İran Hörmüz boğazında keçid məsələsini müzakirə edib

Gunaz.tv

Omanın rəsmi xəbər agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmilərinin İran Xarici İşlər Nazirliyi ilə Hörmüz boğazında keçid vəziyyəti ilə bağlı görüş keçirdiyini bildirib.

Məlumata görə, müavin səviyyəsində keçirilən görüşdə tərəflər mütəxəssislərin iştirakı ilə Hörmüz boğazından təhlükəsiz və problemsiz keçidin təmin olunması üçün müxtəlif variantları müzakirə ediblər.

Omanın dövlət agentliyi tərəflərin hansı nəticəyə gəldiyi barədə məlumat verməyib.

İran ABŞ və İsrailin ölkə ərazisinə birgə hücumuna cavab olaraq bir neçə həftədir strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb və yalnız məhdud sayda ölkələrin bayrağı altında üzən gəmilərə keçidə icazə verir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar