Sadiq İsabəyli Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) başqanıdir.
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
Sadiq İsabəyli Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) başqanıdir.
Musavat.com:
- Sadiq bəy, martın 28-də Londonda İranın gələcəyi ilə bağlı “İranın Azadlığı” adlı konqres baş tutdu. İştirakçılar arasında azərbaycanlılar da yer aldı. Londonda baş tutan İran Mərkəzli görüşü necə dəyərləndirirsiz? Azərbaycanlılar orada iştirak etməli idilərmi?
- Bu toplantıda İranın fars-molla rejiminə müxalif olan müxtəlif qüvvələr bir araya gəlib. Toplantıya qeyri-fars millətlərin nümayəndələrinə də dəvətlər göndərilib və onlardan bəziləri iştirak edib. “Bəziləri” deməyimin səbəbi odur ki, məsələn, ərəb nümayəndələr də dəvət olunsalar da, iştirak etməyiblər. Bunun əsas səbəbi onlara çıxış imkanı verilməməsi olub. Eyni hal bəzi azərbaycanlı təşkilatların nümayəndələri ilə də yaşanıb. Onlar əvvəlcə iştirak etsələr də, sonradan çıxış imkanı verilmədiyini görərək etiraz bəyanatı yayıb, toplantını tərk ediblər.
Ümumilikdə bu toplantının təşkili və iştirakçı tərkibi göstərir ki, proses əsasən fars mərkəzli düşüncəyə malik siyasi müxalif qüvvələrin təşəbbüsüdür. Onların keçmiş fəaliyyətlərinə nəzər saldıqda isə bəzi şəxslərin vaxtilə rejimlə əməkdaşlıq etdiyini, ölkə daxilindəki siyasi proseslərdə, o cümlədən “yaşıl hərəkat”da iştirak etdiyini görmək mümkündür. Yəni əsas məqsəd minimum ortaq tələblər əsasında bu qüvvələri bir araya gətirməkdir. Halbuki İran çoxmillətli ölkədir və xüsusilə qeyri-fars millətlərin özünəməxsus tələbləri mövcuddur.
Lakin qoyulan məqsədlər göstərir ki, burada İran daxilindəki real problemlərin həllindən çox, alternativ siyasi qüvvə formalaşdırmaq və onu legitimləşdirmək prosesi gedir. Bu könqres də həmin legitimləşdirmənin ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Qeyri-fars millətlərin dəvət olunması isə onların problemlərinin müzakirəsi üçün deyil, daha çox görüntü xarakteri daşıyır. Əsas vurğu guya gələcəkdə demokratik sistemin qurulması və keçid mexanizminin formalaşdırılması üzərindədir. Amma real olaraq milli tələblərə əsaslanan hər hansı ciddi müzakirə aparılmır, məsələlər ümumi vətəndaş hüquqları çərçivəsində təqdim olunur. Təəssüf ki, qeyri-fars millətlərin konkret problemlərinə diqqət yetirilmir.
Demokratiyaya keçid mövzusu müzakirə edilsə də, qeyri-fars millətlərin milli və siyasi hüquqları yalnız vətəndaşlıq səviyyəsində nəzərdən keçirilir, öz müqəddəratını təyinetmə məsələsi isə ümumiyyətlə gündəmə gətirilmir. Bu baxımdan azərbaycanlıların bu cür platformalarda iştirakı strateji seçim kimi qiymətləndirilməlidir. Orada iştirak edənlər Azərbaycan adından deyil, yalnız təmsil etdikləri təşkilatlar adından çıxış edə bilərlər.
Əgər milli məsələlər ümumi gündəmdə yer almırsa, belə iştirakın əhəmiyyəti azalır. Bu halda iştirak daha çox simvolik xarakter daşıyır və nəticədə Güney Azərbaycanın müstəqil siyasi mövqeyi kölgədə qalır. Ümumilikdə həmin konqresdə aparılan müzakirələr göstərir ki, qeyri-fars millətlərin problemləri konkret şəkildə gündəmə gətirilmir.
İranda gedən proseslər fonunda cənubdakı soydaşlarımız necə davranmalıdırlar. Gözləmə mövqeyində olmalıdırlarmı?
-Bu hərəkatın kifayət qədər tarixi təcrübəsi var və həmin təcrübə əsasında İran daxilində gedən proseslərə münasibət formalaşdırılır. “Gözləmə mövqeyi” isə passivlik demək deyil. Əksinə, bu, milli hərəkatın kütləviləşməsi, risklərin idarə olunması və şəraitin yetişdirilməsi istiqamətində aparılan düşünülmüş fəaliyyətdir. Məqsəd milli hüquqların əldə olunmasıdır və bu proses radikallaşmadan həyata keçirilir. Bu yanaşma həm itkilərin azaldılması, həm də nəticələrin əldə olunması baxımından vacibdir. Əsas məsələ milli hərəkatın düzgün istiqamətdə inkişaf etməsi və parçalanmanın qarşısının alınmasıdır.
Bu baxımdan Güney Azərbaycan milli hərəkatı prinsipial mövqe sərgiləyir, şəraiti düzgün qiymətləndirərək davranışlarını buna uyğun qurur. Bu da onun müstəqil və güclü mövqe ortaya qoymasına imkan yaradır. Təəssüf ki, bəzi şəxslər fars mərkəzli qüvvələrlə əməkdaşlığı əsaslandırmaq üçün milli hərəkatı zəif göstərməyə çalışırlar. Onlar iddia edirlər ki, belə əməkdaşlıq olmadan uğur mümkün deyil, lakin bu yanaşma yanlışdır. Əslində bu cür yanaşmalar həmin qüvvələrə legitimlik qazandırmaq məqsədi daşıyır. Bu proseslərin arxasında müəyyən maliyyə və siyasi maraqların dayandığı da istisna deyil.
Ümumilikdə isə Güney Azərbaycan milli azadlıq hərəkatı düzgün və müstəqil mövqe tutur, bu da onun istiqamətinin dəyişdirilməsinə imkan vermir. Bununla belə, bəzi qüvvələrin daxilində parçalanma yaratmaq cəhdləri də müşahidə olunur. Buna baxmayaraq, hərəkat ümumi olaraq doğru istiqamətdə inkişaf edir.
-Bir çox dairələrdə danışılır ki, İrandakı soydaşlarımız rejimi, İran hökumətini dəstəkləyir. Buna görə ayağa qalxmır. Bu barədə fikirlərinizi bilmək istərdim.
-Bu yanaşma əsassızdır və daha çox ittiham xarakteri daşıyır. Əslində, milli azadlıq hərəkatı strateji yanaşma əsasında fəaliyyət göstərir. Onun taktiki addımları mövcud şəraitə uyğun müəyyən edilir. Bu hərəkatın əsas məqsədi kütləviləşmə və milli tələblərin geniş şəkildə formalaşdırılmasıdır. İnsanların düşüncəsində bu tələblər formalaşdıqca, onlar siyasi müstəviyə çıxarılır.
Məsələn, müxtəlif tədbirlərdə milli şüarların səsləndirilməsi və geniş yayılması bu prosesin tərkib hissəsidir. Artıq ana dili ilə bağlı tələblər Güney Azərbaycanın bir çox bölgəsində ümumi tələbə çevrilib. Bu isə siyasi təsir imkanlarını artırır. (18:19) Bu səbəbdən gözləmə mövqeyi rejimə dəstək kimi qiymətləndirilə bilməz. Əksinə, bu, düşünülmüş və strateji yanaşmadır.
Mövcud rejim uzun illərdir Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasəti aparır və bu, cəmiyyətə məlumdur. Ona görə də bu məsələlərə düzgün və obyektiv yanaşmaq vacibdir. İranın mövcud ictimai-siyasi şəraiti nəzərə alınmadan verilən qiymətləndirmələr yanlış nəticələrə gətirib çıxarır. Səthi yanaşmalar problemin mahiyyətini əks etdirmir.
Güney Azərbaycan milli azadlıq hərəkatının konkret və müstəqil tələbləri var və bu tələblərin reallaşdırılması üçün uyğun şərait formalaşdırılır. Xaricdə fəaliyyət göstərən bəzi qüvvələrin bu hərəkatı təhdid etməsi isə yerli təşkilatların daha ehtiyatlı davranmasına səbəb olur. Məqsəd proseslərin Azərbaycan mərkəzli qalmasını təmin etməkdir. Heç bir halda bu proseslərin yenidən Tehran mərkəzli layihəyə çevrilməsinə imkan verilməməlidir.
Bu baxımdan milli hərəkat düzgün strateji xətt üzrə hərəkət edir və özünü təhlükələrdən qorumağa çalışır. Bu da daha sağlam və əsaslı təhlillərin aparılmasına şərait yaradır. Bir daha qeyd etmək lazımdır ki, fars mərkəzli qüvvələrlə əməkdaşlıq edən bəzi şəxslər öz mövqelərini əsaslandırmaq üçün milli hərəkatı zəif göstərməyə çalışırlar. Bu isə həmin qüvvələrə legitimlik qazandırmaq məqsədi daşıyır. Halbuki onların əsas maraqları aydındır və milli məsələlərin həllində real maraq göstərmirlər. Onların çıxışları daha çox şüar xarakteri daşıyır və praktik nəticələrə gətirib çıxarmır.
Qaynaq: https://www.musavat.com
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb