SON XƏBƏRLƏR

İsrail xəbərdarlıq etdi: dərhal gəmiləri tərk edin

2026.04.07, 21:46
İsrail xəbərdarlıq etdi: dərhal gəmiləri tərk edin

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail ordusu Cənubi Livan sahillərində yerləşən bütün gəmilərdən dərhal ərazini tərk edib şimala hərəkət etmələrini istəyib.

Bu çağırış İsrail ordusunun ərəb dilli sözçüsü Aviçay Adrai tərəfindən edilib və Sur ilə Ras əl-Naqura arasında yerləşən dəniz zonasını əhatə edir.

Bəyanatda deyilir: «Hizbullahın fəaliyyəti gəmiləri təhlükə altına salır və ordunu dəniz əməliyyatlarına məcbur edir. Təhlükəsizlik üçün bütün gəmilər dərhal Surun şimalına çəkilməlidir.»

Bu xəbərdarlıq artan dəniz gərginliyi fonunda verilib. İsrail eyni zamanda Hizbullah mövqelərinə qarşı əməliyyatlarını davam etdirir və bu addımın yeni dəniz hücumlarının başlanğıcı ola biləcəyi bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar