SON XƏBƏRLƏR

Pentaqon açıqladı: İranın hərbi gücü belə dağıdılıb

2026.04.08, 18:59
Pentaqon açıqladı: İranın hərbi gücü belə dağıdılıb

13 min hədəf məhv edildi, 150 gəmi okeanın dibində: ABŞ əməliyyatının miqyası açıqlandı...

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Dan Kin, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi, İran əleyhinə aparılan əməliyyat zamanı 13 mindən çox hədəfin vurulduğunu açıqlayıb.

O, Pentaqonda keçirilən mətbuat konfransında bildirib ki, ABŞ ordusunun qiymətləndirmələrinə əsasən, İranın hava hücumundan müdafiə sistemlərinin 80 faizi məhv edilib və bu hökumətin silah istehsalı zavodlarının 90 faizi hədəfə alınıb.

Kin əlavə edib ki, İranın ənənəvi dəniz donanmasının 90 faizindən çoxu batırılıb: «o cümlədən bütün əsas səth döyüş gəmiləri» və 150 gəmi hazırda «okeanın dibində» yerləşir.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisi Kin əməliyyat zamanı geniş logistik təminata da toxunaraq bildirib: «6 milyondan çox qida payı, təxminən 950 min qallon qəhvə və 2 milyon enerji içkisi istifadə olunub»; onun sözlərinə görə, bu rəqəmlər əməliyyatın genişliyini və intensivliyini göstərir.

6 milyondan çox qida payının təxminən 40 gün ərzində istifadə edildiyi nəzərə alınarsa, gündəlik 150 minə yaxın pay və təxminən 50 min hərbçinin təmin edildiyi ehtimal olunur; bu da əməliyyatın miqyasının nə qədər böyük olduğunu göstərir.

 

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar