SON XƏBƏRLƏR

İsrail İranın gizli uranına nəzarət üçün xüsusi xəbərdarlıq sistemi hazırlayır

2026.04.09, 17:44
İsrail İranın gizli uranına nəzarət üçün xüsusi xəbərdarlıq sistemi hazırlayır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail ordusu İranın yeraltında saxlanılan zənginləşdirilmiş uranının hərəkətini aşkar etmək üçün xüsusi «xəbərdarlıq sistemi» hazırlayır. Bu sistem xüsusilə İsfahan və Nətənz bölgələrinə fokuslanıb.

«İsrail Ordu Radiosu»nun 9 aprel tarixində yaydığı məlumata əsasən, hərbi kəşfiyyat qurumu bu «xəbərdarlıq modelini» əməliyyat mexanizmi kimi hazırlayır. Bildirilir ki, İran yeraltından uranı çıxarmağa cəhd edərsə, sistem dərhal siyasi qərarvericilərə siqnal göndərəcək.

İsrail ordusunun yüksək rütbəli rəsmisi radioya bildirib ki, bu məqsədlə kəşfiyyatın bütün imkanları səfərbər olunub və ABŞ ilə məlumat mübadiləsi aparılır. O qeyd edib ki, Vaşinqton və Təl-Əviv arasında bu məsələ ilə bağlı birgə izləmə prosesi davam edir.

Bu inkişaflar ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının elanından sonra gündəmə gəlib. Söhbət çərşənbə günü başlayan və Pakistan tərəfindən açıqlanan razılaşmadan gedir.

Tərəflər arasında İslamabadda danışıqların keçirilməsi planlaşdırılır. Donald Tramp isə razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı genişmiqyaslı hücumların həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar