SON XƏBƏRLƏR

Vaşinqton İsrail və Livan arasında danışıqlar masasını da qurur

2026.04.09, 22:58
Vaşinqton İsrail və Livan arasında danışıqlar masasını da qurur

Gunaz.tv

ABŞ İsrail ilə Livan arasında vasitəçi rolunu oynamağa çalışır ki, Hizbullah silahsızlaşdırılsın və ya dayandırılsın.

Günaz TV-nin məlumatına görə, ABŞ Dövlət Departamentinin bir rəsmisi təsdiqləyib ki, bu qurum gələn həftə İsrail və Livanın iştirakı ilə «davam edən atəşkəs danışıqlarının müzakirəsi» üçün bir iclas keçirəcək.

«ABC» telekanalının məlumatına əsasən, bu danışıqların birbaşa formatda keçirilməsi gözlənilir və ABŞ-ın Livandakı səfiri vasitəçi rolunu icra edəcək. Həmçinin ehtimal olunur ki, İsrail və Livan bu iclasda Vaşinqtondakı səfirləri vasitəsilə təmsil olunacaqlar.

Bir amerikalı rəsmi də bildirib ki, bu iclasla bağlı planlaşdırma işləri hələ də yekunlaşdırılma mərhələsindədir.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar