SON XƏBƏRLƏR

Min saat kəsinti | 90 milyon insan qaranlıqda | Nə gizlədilir?

2026.04.10, 18:13
Min saat kəsinti | 90 milyon insan qaranlıqda | Nə gizlədilir?

Amnesty International: internetin kəsilməsi insan hüquqları məsələsidir.

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Amnesty International təşkilatı İranda internetin kəsilməsinin mininci saatında bəyanat yayaraq bunu insan hüquqları məsələsi kimi qiymətləndirib və İran hakimiyyətindən dərhal internetə çıxışın bərpa olunmasını tələb edib.

Cümə günü, 10 aprel tarixində yayımlanan bu bəyanatda vurğulanıb: “İranda yaşayan insanlar artıq min saatdan çoxdur ki, rəqəmsal qaranlıqda yaşayırlar. İnternetə çıxış əsas insan hüququdur və münaqişə zamanı həyati və əvəzolunmaz əhəmiyyət daşıyır. Hakimiyyət dərhal internetə çıxışı bərpa etməlidir.” 

Təşkilatın Böyük Britaniya ofisi də bildirib: “Ailənizlə əlaqə qura bilmədiyiniz min saat, xarici dünyadan xəbərsiz qaldığınız min saat, vacib məlumatlara çıxışınızın olmadığı min saat; İranda 90 milyon insan hazırda min saatdır ki, rəqəmsal qaranlıqda yaşayır.”

İran hakimiyyəti ABŞ və İsrailin hücumlarının ilk günü – 28 fevral 2026 tarixində interneti və ölkədən kənarla əlaqə vasitələrini dərhal kəsmişdi. Bu əsas hüququn məhdudlaşdırılmasından 42 gün keçməsinə baxmayaraq, heç bir rəsmi izah verilmədən məhdudiyyətlər hələ də davam edir.

5 aprel 2026 tarixində İranda internetin kəsilməsi həm müddətinə, həm də miqyasına görə əvvəlki bütün oxşar halları geridə qoyaraq dünyada “ən uzunmüddətli ölkə üzrə internet kəsintisi” kimi qeydə alınıb.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar