SON XƏBƏRLƏR

Zəncan–Təbriz avtomagistralı bağlandı; vəziyyət kritikdir

2026.04.11, 14:56
Zəncan–Təbriz avtomagistralı bağlandı; vəziyyət kritikdir

Gunaz.tv

Müharibə zamanı nəqliyyat infrastrukturunun hədəfə alınmasından sonra Zəncan–Təbriz istiqamətində hərəkət ciddi şəkildə pozulub və bu marşrut üzrə avtomagistral tamamilə bağlanıb.

Məlumata görə, Zəncan–Təbriz avtomagistralı Zəncan ilə Miyane arasında körpülərin və digər infrastrukturun zədələnməsi səbəbindən bağlanıb və bu yolda hərəkət mümkün deyil. Nəticədə köhnə yol (32 saylı yol) alternativ marşrut kimi istifadə olunur.

Bildirilir ki, bu alternativ yol xüsusilə Ucan (Bostanabad)–Miyane aralığında və Qaraçəmən aşırımında çox ağır tıxac və ciddi hərəkət ləngiməsi ilə üzləşib. Çünki avtomagistralın əsas trafik yükü bu yola yönəldilib.

Eyni zamanda, İran rejiminin dəmir yolu şirkətinin sədr müavini açıqlayıb ki, ölkənin əksər dəmir yolu xətlərində sərnişin və yük qatarlarının hərəkəti bərpa olunub. Lakin Zəncan–Təbriz dəmir yolu xətti bir körpünün dağıdılması səbəbindən hələ də bağlı qalır.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar