SON XƏBƏRLƏR

Bu, yeganə real çıxış yoludur - Quterreş

2026.04.14, 11:29
Bu, yeganə real çıxış yoludur - Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin həlli üçün diplomatiyanı davam etdirməyə çağırıb. O vurğulayıb ki, danışıqlar yolu ilə əldə olunan həll yeganə real çıxış yoludur.

Gunaz.tv

O, bu barədə özünün X platformasında yazıb.

"Həftələrlə davam edən dağıntı və iztirabdan sonra aydındır ki, Yaxın Şərqdəki hazırkı münaqişənin hərbi həlli yoxdur",- deyən Baş katib bütün tərəfləri dialoqa çağırıb.

Quterreş, naviqasiya azadlığına hörmətin vacibliyini, Hörmüz boğazı kimi strateji su yollarında beynəlxalq hüququn qorunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, İran və ABŞ arasında həftəsonu danışıqları nəticəsiz bitib və ABŞ, Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməyə çalışan İranı dəniz blokadasına alıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar