SON XƏBƏRLƏR

“Keyhan” qəzeti: Tramp aradan götürülməlidir

2026.04.15, 22:50
“Keyhan” qəzeti: Tramp aradan götürülməlidir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “Keyhan” qəzetinin məsul müdiri Hüseyn Şəriətmədari ABŞ xalqına ünvanladığı qalmaqallı açıqlamada bu ölkədəki siyasi sistemi sual altına alaraq Donald Trampın vəzifədən uzaqlaşdırılması və hətta “fiziki olaraq aradan götürülməsi” çağırışı edib.

O yazıb: “Heç özünüzdən soruşmursunuz ki, üzərinizdəki sistem demokratiyadır, yoxsa köləlik? Siz ABŞ vətəndaşlarısınız, yoxsa İsrailin qulları? Niyə Trampı vəzifədən uzaqlaşdırmaq və fiziki olaraq aradan götürməklə bu ləkəni üzərinizdən silmirsiniz?”

Şəriətmədari daha sonra sərt ifadələrlə əlavə edib: “İndi bu sual ABŞ xalqının qarşısındadır ki, Trampın çirkin mahiyyətindən xəbərdar olduğunuz halda, necə olur ki, bu korrupsiya və cinayət simvoluna ölkənizin taleyini tapşırırsınız və özünüzü İsrail üçün ön cəbhəyə çevirirsiniz?”

Bu açıqlamalar İran hakimiyyətinə yaxın bəzi şəxslərin təhdid və təxribat xarakterli ritorikasının yenidən diqqət mərkəzinə düşdüyü və beynəlxalq səviyyədə gərginliyi artırdığı bir vaxtda səsləndirilib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar