SON XƏBƏRLƏR

Tramp NATO-nu sərt tənqid etdi

2026.04.15, 23:22
Tramp NATO-nu sərt tənqid etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, NATO ABŞ-ın dəstəyə ehtiyac duyduğu vaxtda Vaşinqtonun yanında olmayıb və gələcəkdə də olmayacaq.

O yazıb: “NATO ABŞ-ın dəstəyə ehtiyac duyduğu bir vaxtda Vaşinqtonun yanında olmayıb və gələcəkdə də olmayacaq.”

Tramp son həftələrdə NATO üzvlərini İrana qarşı əməliyyatlarda iştirak etmədiklərinə və Hörmüz boğazının açılması məsələsində ABŞ-la həmrəylik göstərmədiklərinə görə dəfələrlə tənqid edib.

ABŞ prezidenti daha əvvəl də bəzi Avropa müttəfiqlərinin regionun təhlükəsizliyinin təmin olunmasında və Vaşinqtonun addımlarına dəstək verməkdə kifayət qədər rol oynamadığını vurğulayıb.

ABŞ ilə bəzi Avropa müttəfiqləri arasında İran və regional hadisələrə yanaşma ilə bağlı fikir ayrılıqları davam edir.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar