SON XƏBƏRLƏR

İranda məktəblər distant təhsilə keçir

2026.04.16, 10:49
İranda məktəblər distant təhsilə keçir

Aprelin 21-dən İranda bütün məktəblər distant təhsilə keçir.

Gunaz.tv

Bu barədə İran Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, distant təhsilə keçid ölkə üzrə bütün təhsil səviyyələrinə və siniflərə şamil edilir və xüsusi sərəncama qədər qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar nəticəsiz başa çatıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar