SON XƏBƏRLƏR

Parisdə Hörmüz boğazı ilə bağlı görüş üçün liderlər bir araya gəlir

2026.04.16, 13:16
Parisdə Hörmüz boğazı ilə bağlı görüş üçün liderlər bir araya gəlir

Almaniya kansleri Fridrih Merz cümə günü Parisə səfər edəcək.

Gunaz.tv

Bu barədə onun ofisi məlumat verib. Səfərin məqsədi Hörmüz boğazı ilə bağlı beynəlxalq konfransda iştirak etməkdir.

Görüş Emanuel Makron və Keir Starmer tərəfindən birgə təşkil olunub və əsas məqsəd bu mühüm dəniz yolu üzərində yaranmış gərginliyi azaltmaqdır.

Norveçin baş naziri Yonas Qahr Storenin ofisi bildirib ki, o, görüşdə onlayn formatda iştirak etməsi gözlənilir. Digər liderlər isə tədbirdə hansı formada iştirak edəcəklərini nəzərdən keçirirlər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar