SON XƏBƏRLƏR

İranlı media eksperti ABŞ-da həbs edilib

2026.04.16, 14:43
İranlı media eksperti ABŞ-da həbs edilib

ABŞ İmmiqrasiya və Gömrük MühafizəsiMərkəzinin məmurları aprelin 13-də Virciniya ştatının Bleksburq şəhərində yaşayan İslam Respublikasının tərəfdarı olan media mütəxəssisi Yusif Əzizini həbs ediblər.

Gunaz.tv

Bu barədə İmmiqrasiya və Gömrük Mühafizəsi Mərkəzi məlumat yayıb.

O, əvvəlcə Baltimordakı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Mərkəzinə, daha sonra isə 14 apreldə Luizianadakı saxlama mərkəzinə köçürülüb.

Virciniya Texnologiya Universitetində dövlət idarəçiliyi və siyasəti üzrə doktorantura tələbəsi olan Əzizinin Amerikanın İrana qarşı siyasəti ilə bağlı tənqidi çıxışlar etdiyi bildirilib.

Onun həmçinin, İran hökumətinin xarici dillərdə yayımlanan Press TV kanalı da daxil olmaqla, İrana bağlı media orqanlarında müharibənin əleyhdarı və İslam Respublikasının tərəfdarı kimi çıxışlar etdiyi qeyd olunub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar