SON XƏBƏRLƏR

Tramp: “Razılaşma olmasa, bombardman yenidən başlayacaq”

2026.04.18, 11:30
Tramp: “Razılaşma olmasa, bombardman yenidən başlayacaq”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində İranla bağlı danışıqların gedişindən danışaraq bildirib: “Təxminən 20 dəqiqə əvvəl nisbətən yaxşı xəbərlər aldıq, amma görünür, Yaxın Şərqdə İranla bağlı vəziyyət çox yaxşı irəliləyir.”

O, bu “yaxşı xəbərlər” barədə əlavə detal vermədən danışıqların davam etdiyini və yaxın günlərdə vəziyyətin daha da aydınlaşacağını qeyd edib.

Tramp eyni zamanda atəşkəsin taleyi ilə bağlı xəbərdarlıq edərək deyib: “Bəlkə onu uzatmayacağam, amma blokada qalacaq. Beləliklə, sizdə blokada olacaq və təəssüf ki, yenidən bombaları atmağa başlamalı olacağıq.”

Razılaşmanın əldə olunması üçün müəyyən edilmiş çərşənbə günü son tarix yaxınlaşdıqca, danışıqların uğursuz olacağı təqdirdə toqquşmaların yenidən başlanması ilə bağlı narahatlıqlar artır; bu vəziyyət isə prosesin kövrəkliyini və hərbi təhdidin hələ də gündəmdə olduğunu göstərir.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar