SON XƏBƏRLƏR

“Müctəba Xamenei iki dəfə bombardman edilib”

2026.04.18, 13:05
“Müctəba Xamenei iki dəfə bombardman edilib”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran hakimiyyətinə bağlı bir mollanın gecə saatlarında keçirilən tərəfdar toplantısında Müctəba Xameneiyə hücumla bağlı iddia səsləndirilib və deyilib: “ Rəhbərin iqamətgahı hədəfə alındıqdan sonra Müctəba Xameneini daşıyan təcili yardım maşını o düşdükdən sonra vurulub və daha sonra yerləşdirildiyi xəstəxana da hədəfə alınıb. ”

Bu rəvayətə əsasən, Müctəba Xamenei iki mərhələdə hücuma məruz qalıb; bu iddialar isə indiyədək heç bir müstəqil mənbə tərəfindən təsdiqlənməyib.

Eyni zamanda, bu iddia edilən hadisələrdən həftələr keçməsinə baxmayaraq, Müctəba Xameneiyə aid nə şəkil, nə video, nə də rəsmi səs yazısı yayımlanıb və mediada səsləndirilən bütün fikirlər yalnız “ona aid olduğu iddia edilən” açıqlamalar kimi təqdim olunur.

Bu vəziyyətin davam etməsi və şəffaflığın olmaması onun real durumu ilə bağlı qeyri-müəyyənliyi daha da artırır və yayılan rəvayətlər ilə təsdiqlənən məlumatlar arasındakı fərqi bir daha önə çıxarır.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar