SON XƏBƏRLƏR

ABŞ İranla bağlı tankerları ələ keçirməyə hazırlaşır

2026.04.18, 21:10
ABŞ İranla bağlı tankerları ələ keçirməyə hazırlaşır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən bildirib ki, Vaşinqton yaxın günlərdə İranla əlaqəli neft tankerlarını beynəlxalq sularda yoxlamaq və hətta ələ keçirmək niyyətindədir.

Məlumata əsasən, bu addım İranın neft ixrac şəbəkəsi ilə əlaqəli olan gəmiləri də əhatə edəcək; o cümlədən sanksiyalardan yayınmaq üçün istifadə edilən “qara donanma”.

Bu çərçivədə bir ABŞ hərbi rəsmisi vurğulayıb: “Bu, İranla əlaqəli və maddi dəstək göstərən hər bir gəmini əhatə edir, o cümlədən İran neftini daşıyan qara donanmanı.”

“The Wall Street Journal”ın yazdığına görə, bu addım İran üzərində iqtisadi təzyiqi artırmaq üçün geniş proqramın bir hissəsidir; məqsəd Tehranın nüvə proqramı ilə bağlı geri addım atmasına və Hörmüz boğazındakı davranışını dəyişməsinə nail olmaqdır.

Hesabatda həmçinin qeyd olunur ki, bu əməliyyat yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq və İranla əlaqəli gəmilər dünyanın digər beynəlxalq sularında da yoxlanıla və ələ keçirilə bilər.

Hörmüz boğazında baş verən son hücumlardan sonra Tehran və Vaşinqton arasında gərginlik pik həddə çatıb və dəniz qarşıdurmasının regiondan kənara yayılması ehtimalı güclənir.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar