SON XƏBƏRLƏR

İsrail: “Danışıqlar iflasa uğrasa, hücuma hazırıq”

2026.04.19, 07:33
İsrail: “Danışıqlar iflasa uğrasa, hücuma hazırıq”

Yenidən savaş  üçün geri sayım: İran geri çəkilmir; müharibə yaxınlaşır?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; bir İsrail rəsmisi şənbə günü bildirib ki, “İranla atəşkəs çox kövrəkdir” və danışıqların dağılması halında İsrail dərhal yenidən hərbi toqquşmaya qayıtmağa hazırdır.

İsrailin dövlət yayım qurumu yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən xəbər verib: “Atəşkəs çox kövrəkdir və biz nikbin olmaqdan çox bədbinik; eyni zamanda danışıqlar uğursuz olarsa, yenidən müharibəyə qayıtmağa hazırıq.”

Bu rəsminin sözlərinə görə, İsrail ABŞ ilə İran arasında aparılan danışıqlar çərçivəsində Vaşinqtona öz tələblərinin siyahısını təqdim edib və bunlar “qırmızı xətlər” kimi qiymətləndirilir. Bu tələblərə uranın çıxarılması, Fordo zənginləşdirmə obyektlərinin sökülməsi və Livan məsələsinin İran dosyesindən ayrılması daxildir.

Bir İsrail mənbəsinə əsasən, ABŞ rəsmiləri də bu tələblərlə razıdır və hesab edir ki, “İran mövqelərindən geri çəkilməyəcək.”

Mənbə əlavə edib: “Danışıqlar uğursuz olarsa, İsrail iki həftəlik müddət bitməmiş belə müharibəyə qayıtmağa hazırdır” və xəbərdarlıq edib ki, “növbəti zərbə İrana qarşı sərt və genişmiqyaslı olacaq; milli infrastruktur, enerji obyektləri və neft istehsalı hədəfə alınacaq.”

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar