SON XƏBƏRLƏR

Yanacaq bahalaşması qlobal ərzaq təhlükəsizliyi üçün yeni təhdid

2026.04.19, 08:03
Yanacaq bahalaşması qlobal ərzaq təhlükəsizliyi üçün yeni təhdid

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; “The Economist” jurnalı Hörmüz boğazının mümkün bağlanmasının nəticələri barədə yazıb ki, neft, təbii qaz və gübrə qiymətlərinin artması kənd təsərrüfatı məhsullarının yığımının azalmasına və qiymətlərin kəskin yüksəlməsinə səbəb ola bilər.

Nəşr vurğulayır ki, yanacağın bahalaşması təkcə sürücüləri deyil, həm də tarlaları üçün gübrəyə və traktorların işləməsi üçün dizelə ehtiyacı olan fermerləri ciddi təzyiq altında qoyub və onları ümidsizləşdirib.

Hesabata görə, bəzi fermerlər artan xərclər səbəbindən əkin sahələrini azaldıb və ya gübrədən daha az istifadə etməyə başlayıblar; bu isə ilin sonuna doğru məhsul yığımının azalması deməkdir.

“The Economist” BMT-yə bağlı Ümumdünya Ərzaq Proqramının hesablamasına istinadən yazır ki, əgər bu vəziyyət ilin ortalarına qədər davam edərsə, hazırda qida çatışmazlığı yaşayan 300 milyondan çox insanla yanaşı, daha 45 milyon nəfər də ərzaq təhlükəsizliyi baxımından risk altına düşəcək.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar