SON XƏBƏRLƏR

SEPAH danışıqlarda nəzarəti ələ alıb

2026.04.19, 13:41
SEPAH danışıqlarda nəzarəti ələ alıb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri bildirib ki, İranın Sepahı (İslam İnqilabı Keşikçiləri Korpusu) təkcə ABŞ və İsrailin hücumlarına verilən hərbi cavablarda deyil, artıq danışıqlardakı mövqelər üzərində də nəzarəti ələ alıb.

“Institute for the Study of War”un son hesabatında qeyd olunur ki, böyük ehtimalla Əhməd Vahidi və ona yaxın çevrə “ən azı müvəqqəti olaraq” İranın həm hərbi reaksiyalarına, həm də danışıqlardakı mövqelərinə nəzarəti ələ keçirməyə nail olub. Halbuki bu cür rol ənənəvi olaraq siyasi rəhbərliyə məxsus idi, lakin görünür, bu strukturlar hazırda arxa plana keçib.

Hesabatda həmçinin vurğulanır ki, şənbə günü bir neçə ticarət gəmisinə qarşı həyata keçirilən hücumlar böyük ehtimalla ABŞ-a qarşı təzyiq rıçağı yaratmaq məqsədi daşıyıb və eyni zamanda Sepahın İranın danışıqlar siyasəti üzərində nəzarətini möhkəmləndirməyə xidmət edib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar