SON XƏBƏRLƏR

Körfəz Əməkdaşlıq Şurası İranın Ərəb körfəzindəki addımlarını pislədi

2026.04.19, 13:45
Körfəz Əməkdaşlıq Şurası İranın Ərəb körfəzindəki addımlarını pislədi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Körfəz Əməkdaşlıq Şurası İranın Hörmüz boğazından keçid üçün tətbiq etdiyi rüsumların pislənməsini dəstəkləyib və Ərəb körfəzindəki addımlarını qəti şəkildə qınayıb.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Bədəvi bəyanat yayaraq bildirib: “Beynəlxalq Dəniz Təşkilatının Hüquq Komitəsinin 113-cü iclasında qəbul etdiyi qərarı alqışlayırıq; həmin qərarda İranın Hörmüz boğazını bağlama cəhdi sərt şəkildə pislənib. Bu bəyanat həmçinin İranın bölgədə gəmiçiliyə qarşı hücum və təhdidlərini, eləcə də Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və İordaniyanın ərazilərinə qarşı təcavüzlərini qətiyyətlə pisləyir.”

O əlavə edib ki, İranın Hörmüz boğazı və ətrafında mina yerləşdirmə təhdidlərinin pislənməsi də mühüm addımdır və bu qətnamənin hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin rolunu yüksək qiymətləndirib.

Əl-Bədəvi vurğulayıb ki, bu qərarın beynəlxalq hüquq çərçivəsində icrası zəruridir və gəmilərin Hörmüz boğazından maneəsiz keçidi təmin olunmalıdır.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar