SON XƏBƏRLƏR

Çexiya neft bazarında Rusiyanın payı kəskin azaldı, Azərbaycan isə lider oldu

2026.04.19, 15:45
Çexiya neft bazarında Rusiyanın payı kəskin azaldı, Azərbaycan isə lider oldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Çexiya Respublikasının enerji bazarında əhəmiyyətli dəyişiklik baş verib.

2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan bu ölkənin ümumi neft idxalının 42 faizindən çoxunu təmin edərək əsas tədarükçü mövqeyinə yüksəlib.

“Ceske noviny” nəşrinin yaydığı məlumata görə, uzun illər bu bazarda dominant olan Rusiyanın payı kəskin şəkildə azalıb və 50 faizdən çox səviyyədən 7.7 faizə düşüb. Bu isə faktiki olaraq Moskvanın Çexiya neft bazarındakı lider mövqeyini itirməsi deməkdir.

Ümumilikdə, Çexiya 2025-ci ildə 6.85 milyon tondan çox neft idxal edib ki, bu da əvvəlki illə müqayisədə 5.5 faiz artım deməkdir. İdxal strukturunda Azərbaycanla yanaşı Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanının da payı artıb.

Mütəxəssislər Rusiyanın payının azalmasını əsasən mart ayından etibarən “Drujba” boru kəməri ilə tədarükün dayandırılması və bu prosesin indiyədək bərpa olunmaması ilə izah edir.

Bu şəraitdə Çexiya alternativ mənbələrə yönələrək enerji təhlükəsizliyini gücləndirməyə çalışır.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar