SON XƏBƏRLƏR

İranda müharibəyə görə həbs olunanların sayı açıqlandı- Rəsmi

2026.04.21, 11:46
İranda müharibəyə görə həbs olunanların sayı açıqlandı- Rəsmi

Müharibə başlayandan sonra ölkədə 1800-dən çox şəxs həbs edilib.

Gunaz.tv

Bu bunu İran polis qüvvələrinin rəisi Əhmədrza Radan deyib.

O, 900 nəfərə də xəbərdarlıq edildiyini söyləyib.

Radanın sözlərinə görə, həbs edilənlər "sosial mediada gizli fəaliyyət, həssas yerlərin şəkillərini yaymaq, hökumətə müxalif qruplarla əlaqə qurmaq, hədəf alınan yerlərin şəkillərini və məlumatlarını toplayaraq yaymaq və xaricə məlumatlarının ötürülməsi"ndə günahlandırılıblar.

Polis rəsisi həmçinin saxlanılan şəxslərdən 3000-dən çox silah və 6000-dən çox casusluq avadanlığının aşkarlanaraq müsadirə etdiyini iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar