SON XƏBƏRLƏR

Avropa: “Gəmiçilik azadlığı müzakirə mövzusu deyil”

2026.04.21, 21:35
Avropa: “Gəmiçilik azadlığı müzakirə mövzusu deyil”

Hörmüz böhranı böyüyür və Avropadan İrana yeni sanksiyalar gəlir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ittifaq diplomatları Hörmüz boğazında gəmiçilik azadlığını pozan İran rəsmilərinə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Kallas bu strateji keçidin əhəmiyyətinə toxunaraq deyib: “Gəmiçilik azadlığı müzakirə mövzusu deyil. Hörmüz boğazının hər gün açıq və bağlı vəziyyət arasında dəyişməsi təhlükəlidir. Bu boğazdan keçid ödənişsiz və azad qalmalıdır.”

Avropa İttifaqının xarici siyasət rəhbəri həmçinin vurğulayıb ki, ittifaqın dəniz təhlükəsizliyi missiyası sülh bərqərar olduqdan sonra Fars körfəzində təhlükəsiz keçidi təmin etmək üçün “ən sürətli yol” olacaq.

 


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar