SON XƏBƏRLƏR

Tramp: “Hörmüz boğazı tam nəzarətimizdədir”

2026.04.21, 22:58
Tramp: “Hörmüz boğazı tam nəzarətimizdədir”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında bildirib ki, yekun razılaşma əldə olunana qədər ABŞ Hörmüz boğazının açılmasına icazə verməyəcək.

Yayımlanan məlumata əsasən, Tramp bu strateji keçid üzərində tam nəzarəti vurğulayaraq deyib: “Biz Hörmüz boğazını tam nəzarətdə saxlayırıq… yekun razılaşma imzalanana qədər boğaz açılmayacaq.”

O həmçinin iddia edib ki, İrana qarşı tətbiq olunan dəniz blokadası “böyük uğur” olub və ABŞ qüvvələri hətta hərbi avadanlıq daşıyan bir gəmini saxlayıb.

Bu açıqlamalar İran rəsmilərinin daha əvvəl dəfələrlə Hörmüz boğazına nəzarət etdiklərini iddia etdiyi bir vaxtda səsləndirilib, lakin hazırda ABŞ tərəfi bölgədə tam üstünlük əldə etdiyini bildirir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar