SON XƏBƏRLƏR

Tramp: “Əla bir razılaşma əldə olunacaq”

2026.04.21, 23:12
Tramp: “Əla bir razılaşma əldə olunacaq”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda ABŞ-ın üstün mövqedə olduğunu vurğulayaraq bildirib ki, Tehran “heç bir seçimi” olmadan razılaşmanı qəbul etməyə məcburdur.

Yayımlanan məlumatlara əsasən, Tramp deyib: “Düşünürəm ki, onların heç bir seçimi yoxdur… biz çox güclü danışıqlar mövqeyindəyik.”

O həmçinin vəd edib ki, nəticədə “əla bir razılaşma” əldə olunacaq və iddia edib ki, ABŞ İranla münasibətlərdə “çox uğurlu” fəaliyyət göstərir.

Bu açıqlamalar İranın ziddiyyətli siyasəti və artan xarici təzyiqlər fonunda Tehranın getdikcə daha çətin vəziyyətə düşdüyü və danışıqların gələcəyinin qeyri-müəyyən qaldığı bir vaxtda səsləndirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar