SON XƏBƏRLƏR

Tehranın danışıqlar üçün şərti

2026.04.21, 23:50
Tehranın danışıqlar üçün şərti

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda İran rəsmiləri bildiriblər ki, ABŞ-ın dəniz blokadası aradan qaldırılmayana qədər İran sülh danışıqlarında iştirak etməyəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıqların qeyri-müəyyən vəziyyətinə toxunaraq deyib: “İranın Pakistan­da ABŞ ilə sülh danışıqlarında iştirakına dair hələ yekun qərar verilməyib.” O həmçinin vurğulayıb: “Yekun qərarın verilməməsinin səbəbi tərəddüd deyil; ABŞ tərəfinin ziddiyyətli mesajları, uyğunsuz davranışları və qəbuledilməz addımlarıdır.”

Eyni zamanda, parlament üzvü Əhməd Naderi bildirib: “İndiyədək heç bir İran danışıqlar heyəti Pakistana getməyib və dəniz blokadası məsələsi həll olunmayana qədər Tehran danışıqlara qatılmayacaq.”

Bu mövqelər İranın bir tərəfdən diplomatiya iddiaları, digər tərəfdən isə qarşıdurma siyasəti arasında qaldığı və böhrandan çıxış üçün aydın yol ortaya qoya bilmədiyi bir şəraitdə səsləndirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar