SON XƏBƏRLƏR

Danışıqlar dayandırıldı; Tehran cavab vermədi

2026.04.21, 23:54
Danışıqlar dayandırıldı; Tehran cavab vermədi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İslamabadda ikinci mərhələ danışıqların başlanmasına az qalmış ABŞ mənbələri İranın Vaşinqtonun təkliflərinə cavab vermədiyini və danışıqlar prosesinin faktiki olaraq dayandığını bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də danışıqlardakı qeyri-müəyyən vəziyyəti təsdiqləyərək deyib: “ABŞ tərəfinin ziddiyyətli mesajları, uyğunsuz davranışları və qəbuledilməz addımları səbəbindən hələ qərar verməmişik.”

ABŞ-ın danışıqları irəli aparmaq cəhdlərinə baxmayaraq, Tehran əsas şərt kimi dəniz blokadasının aradan qaldırılmasını və Vaşinqtonun davranışını dəyişməsini irəli sürür; bu isə prosesin faktiki olaraq dalana dirənməsinə səbəb olub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar