SON XƏBƏRLƏR

ABŞ dəniz piyadaları İranla bağlı neft tankerini belə ələ keçirdi (video)

2026.04.23, 21:35
ABŞ dəniz piyadaları İranla bağlı neft tankerini belə ələ keçirdi (video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi cümə axşamı açıqlayıb ki, ölkənin qüvvələri çərşənbə axşamı axşam saatlarında Hind okeanında hədəfli dəniz əməliyyatı keçirərək İranla bağlı sanksiyalı bir neft tankerini dayandırıb və yoxlayıb.

Məlumatlara görə, ABŞ dəniz piyadaları İndoneziya ilə Şri-Lanka arasındakı sularda “Majestic X” adlı neft tankerinə çıxaraq onun nəzarətini ələ alıblar; ABŞ rəsmilərinin bildirdiyinə görə, bu gəmi İrandan neft daşıyırdı.

Pentaqonun yaydığı bəyanata əsasən, bu əməliyyat “yoxlama hüququ ilə gəmiyə çıxma” formatında həyata keçirilib və Hind-Sakit okean komandanlığının məsuliyyət zonasında baş tutub.

Bəyanatda deyilir: “Biz qeyri-qanuni şəbəkələri pozmaq və İrana maddi dəstək verən gəmiləri harada fəaliyyət göstərməsindən asılı olmayaraq dayandırmaq üçün qlobal dəniz nəzarəti tədbirlərini davam etdirəcəyik.”

ABŞ Müdafiə Nazirliyi həmçinin vurğulayıb: “Beynəlxalq sular sanksiyaya məruz qalan aktorlar üçün sipər kimi istifadə oluna bilməz.”

Bəyanatın davamında qeyd olunur ki, ABŞ qüvvələri qeyri-qanuni aktorları və onların gəmilərini dəniz məkanında sərbəst hərəkət imkanından məhrum etməyə davam edəcək.

Yayımlanan videolarda ABŞ dəniz piyadalarının tam təchizatla və yüksək peşəkarlıqla qısa müddətdə gəminin göyərtəsinə daxil olaraq nəzarəti ələ keçirdiyi görünür; bu əməliyyat ABŞ-ın sanksiyaları icra etmək və İranın dəniz fəaliyyətlərini məhdudlaşdırmaq qabiliyyətini bir daha nümayiş etdirir.

Bu addım Vaşinqtonun İranın neft ixracını məhdudlaşdırmaq və rejimin maliyyə mənbələrini kəsmək istiqamətində artan təzyiqlərinin davamı kimi qiymətləndirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar