SON XƏBƏRLƏR

SEPAH: ABŞ-la danışıqlar yoxdur

2026.04.24, 22:11
SEPAH: ABŞ-la danışıqlar yoxdur

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, SEPAH-a bağlı “Tasnim” agentliyi CNN-in İslamabadda İran və ABŞ rəsmilərinin görüşü ilə bağlı iddiasına reaksiya verərək birbaşa danışıqları təkzib edib.

“Tasnim” yazıb: “Araqçinin səfəri amerikalılarla danışıqlar üçün deyil, o, Pakistan tərəfi ilə İranın müharibənin başa çatması ilə bağlı mövqelərini müzakirə edəcək”.

Bu arada, Ağ Evin sözçüsü Karolin Leavitt Fox News-a açıqlamasında İranın ABŞ rəsmiləri ilə İslamabadda üzbəüz görüş keçirmək üçün müraciət etdiyini bildirib və deyib: “İranlılar prezidentin çağırışından sonra əlaqə saxlayaraq bu görüşü tələb ediblər”.

Ziddiyyətli açıqlamaların yayılması Tehran və Vaşinqton arasında danışıqların taleyinin hələ də qeyri-müəyyən olduğunu və bölgədə gərginliyin davam etdiyini göstərir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar