SON XƏBƏRLƏR

“2800 raket atdınız, etimaddan danışmayın”

2026.04.24, 23:42
“2800 raket atdınız, etimaddan danışmayın”

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Ənvər Qarqaş, BƏƏ prezidentinin müşaviri, İranla münasibətlər barədə sərt açıqlamalar verərək Tehrana etimadın olmadığını vurğulayıb.

O deyib: “Münasibətlərlə etimad və güvən anlayışlarını bir-birindən ayırmaq lazımdır. Bunlar tamamilə fərqlidir. 2800 raket və pilotsuz uçuş aparatı hücumuna məruz qaldıqdan sonra etibardan danışmaq mümkün deyil”.

Qarqaş əlavə edib: “Region üçün, o cümlədən BƏƏ və digər ölkələr üçün artıq aydındır ki, İran uzunmüddətli təhlükə hesab olunur”.

Bu açıqlamalar İranın hərbi və regional siyasəti ilə bağlı narahatlıqların davam etdiyi və Tehrana qarşı etimadsızlığın artdığı bir vaxta təsadüf edir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar