SON XƏBƏRLƏR

ABŞ yenidən hücum etsə...- İran mediası

2026.04.25, 12:33
ABŞ yenidən hücum etsə...- İran mediası

Amerikan yenidən hücum etmək istəsə, İslam Respublikası Səudiyyə Ərəbistanındakı dörd neft hədəfinə hücum edəcək və bu Yaxın Şərq neft hasilatını dayandıracaq.

Gunaz.tv

Bunu İranın "Fərhixteqan" qəzeti yazıb.

“Bu hücumlar qlobal iqtisadiyyata və dünya xalqlarının gündəlik inflyasiyasına dərin təsir göstərəcək”,- qəzet ılavə edib.

Qəzet İran raketlərinin nəzərdə tutulan hədəfləri vurmaq gücündə olduğunu iddia edib: 

“Şahab ​​3, Qədr və Səccil raketləri bu neft hədəflərinə asanlıqla çatacaq”.

Bundan əvvəl isə Pezeşkianın müavini İsmayıl Səqqab İsfahani və SEPAH-ın aerokosmik komandanı Seyyid Hüseyn (Məcid) Musəvi də oxşar təhdid bəyanatı ilə çıxış ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar