SON XƏBƏRLƏR

İranda gərginlik artır: Qrahamdan Hörmüz boğazı ilə bağlı hərbi mesaj

2026.04.26, 15:15
İranda gərginlik artır: Qrahamdan Hörmüz boğazı ilə bağlı hərbi mesaj

Gunaz.tv

ABŞ-ın respublikaçı senatoru Lindsey Graham, Donald Trampın bu ölkənin danışıqlar heyətinin Pakistana səfərini ləğv etməsi qərarını dəstəkləyərək bildirib ki, Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üçün “qısamüddətli hərbi tədbir” zəruri ola bilər.

Qraham sosial şəbəkə “X”də paylaşımında bu qərarı “çox ağıllı” adlandırıb və yazıb ki, Vaşinqtonun diplomatik həllə nail olmaq cəhdlərinə baxmayaraq, İran İslam Respublikasının cavabı “beynəlxalq gəmiçiliyə qarşı hücumların davam etdirilməsi və təxribatçı addımlar” olub.

O, Hörmüz boğazının strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyətin prioriteti “bu su yoluna qəti nəzarətin təmin edilməsi və beynəlxalq qanunlara uyğun olaraq gəmiçilik azadlığının qorunması” olmalıdır və əlavə edib ki, bu məqsədə nail olmaq qısamüddətli hərbi müdaxilə tələb edə bilər.

ABŞ senatoru həmçinin İran limanlarının mühasirəsinin davam etdirilməsinə çağırıb və vurğulayıb ki, Tehranın “əvvəlki vəziyyətə” qayıtmasının qarşısı alınmalıdır.

Qrahamın bu açıqlamaları, daha əvvəl Donald Trump tərəfindən ABŞ nümayəndələrinin İslamabadda İranla danışıqlar üçün planlaşdırılan səfərinin ləğv edildiyini bildirməsi fonunda səslənib. Tramp qeyd etmişdi ki, bu qərardan sonra İran tərəfindən “daha yaxşı”, lakin hələ kifayət etməyən yeni təklif təqdim olunub.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar